Ali Məclis sədrinin müavini Avropa Şurası Konqresinin Monitorinq Komitəsinin iclasında iştirak edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin üzvü Arzu Abdullayev Komitənin Norveçin Oslo şəhərində keçirilən 29-30 iyun tarixli iclasında iştirak edib. Bu haqda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

İclasda Konqresin baş katibi Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyası fonunda Azərbaycana səfəri zamanı Azərbaycan nümayəndə heyəti ilə görüşü vurğulayıb və tərəflər arasında mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsini qeyd edib. Baş katib bu görüşün qarşılıqlı əməkdaşlığın daha da şaxələndirilməsi baxımından önəmini qeyd edərək görüşün təşkili ilə bağlı ABMA-ya və Azərbaycan nümayəndə heyətinin rəhbərinə öz təşəkkürünü bildirib. Komitə gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl demokratik təhlükəsizliyin əsası kimi yerli və regional səviyyədə demokratik hazırlıq ilə bağlı Oslo bəyannaməsini qəbul edib. 

İclasda bir sıra məsələlərlə bağlı hesabatlar dinlənilib, tövsiyə, qətnamə layihələri, qərarlar qəbul edilib. Sonda Komitənin 2026-2027-ci illər üzrə iş planı müzakirə olunaraq qəbul olunub.

Azərbaycan nümayəndə heyətinin üzvləri həmçinin 29 iyun tarixində “Yerli və regional səviyyələrdə demokratik hazırlıq” mövzusunda baş tutan seminarda iştirak eib.

Səbuhi HƏSƏNOV
XQ







Sosial həyat