Sabunçuda 19 kiloqramdan çox marixuana aşkarlanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, narkokuryerlikdə şübhəli bilinən 32 yaşlı Elsevər Mirəliyev və 23 yaşlı Vahid Kərimov saxlanılıblar. Onların üzərindən və saxlandıqları yerlərdən ümumilikdə 19 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik maddələri müxtəlif ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəni təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Cari ilin əvvəlindən Sabunçu RPİ tərəfindən keçirilən əməliyyatlarda ümumilikdə 195 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Hadisə