Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ermənistan Milli Assambleyasının səkkizinci çağırışı son iclasını keçirərək fəaliyyətini başa vurub.
Ermənistan KİV-lərinin məlumatına görə, iclasın sonunda parlamentin sədri Alen Simonyan deputatlara birgə fəaliyyətə görə təşəkkür edib. O, hakim Vətəndaş Müqaviləsi Partiyasının parlament sədrliyinə namizədi Ruben Rubinyana gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,7456 faizini qazanaraq birinci olub. Samvel Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan bloku 23,2710 faiz, sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistan bloku isə 9,9231 faiz səs toplayıb.
Seçkilərin nəticələrinə əsasən, yaxın vaxtlarda Ermənistan Milli Assambleyasının doqquzuncu çağırışının ilk iclasının keçirilməsi və yeni parlament rəhbərliyinin seçilməsi gözlənilir.

