Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan – Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransındakı çıxışında rəhbərlik etdiyi quruma məxsus 138 hektar ərazinin investorlara təqdim ediləcəyini bildirib.
Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonası regionun ən cəlbedici azad iqtisadi zonasıdır: “Bunu bizim artıq bugünkü təcrübəmiz də göstərir. Bu gün birinci mərhələdə 60 hektar ərazini təqdim etməyə hazırıq. Yaxın vaxtlarda isə azad iqtisadi zonada 138 hektar ərazi investorlara təqdim ediləcək. Bir il yarımdan sonra isə növbəti 364 hektar ərazinin investorlara təqdim edilməsi reallaşacaq. Azad iqtisadi zonanın azı 6500 hektar ərazisi var. Buna görə də istənilən şirkətə istənilən həcmdə, ölçüdə ərazi təqdim etmək mümkündür.