Neft Fondunun gəlirləri 200 milyard dolları ötüb

post-img

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) redaksiyamıza bildirilib ki, qurum yaranma tarixindən bəri büdcə gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib. Məlumata görə, gəlirlərin 194,2 milyard dollar neft-qaz sazişlərindən gəlirlər, 14,9 milyard dolları isə investisiya gəlirləri olub.

Bu dövrdə ARDNF-nin dövlət büdcəsinə transfertləri 132,6 milyard dollar təşkil edib. Layihələrin maliyyələşdirilməsinə 11,9 milyard dollar, əməliyyat xərclərinə isə 0,5 milyard dollar sərf olunub.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə ARDNF təsis edilib. Fondun əsas məqsədi Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və ARDNF-nin öz fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdir.

 

İqtisadiyyat