Ötən həftə 2129 hektar ərazi minalardan təmizlənib

post-img

Azad olunan ərazilərdə mayın 1-dən 11-dək 20 tank əleyhinə mina, 71 piyada əleyhinə mina, 440 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Ümumilikdə ötən həftə 2129 hektar ərazi minalardan təmizlənib.

XQ xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

N.Adilqızı
XQ

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

Sosial həyat