Braziliya ilə enerji və mədənçilik üzrə əməkdaşlıq müzakirə edilib

post-img

Braziliyada səfərdə olan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu ölkənin Mədənlər və Energetika  Nazirliyinin neft, təbii qaz və bioyanacaq üzrə katibi Renato Dutra ilə görüşüb.

XQ İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki,  görüşdə  enerji, mədənçilik, mineral emalı kimi sahələrdə tərəfdaşlıq potensialı dəyərləndirilib. Azərbaycanın işgüzar mühiti, energetika sahəsində həyata keçirilən mühüm islahatlar və hədəflər, ölkəmizin bir sıra ölkələrlə birgə tərəfdaş olduğu beynəlxalq investisiya alətləri barədə məlumat verilib, tərəfdaşlıq imkanları qeyd edilib.

Tərəflər enerji, mədənçilik, mineral emalı kimi sahələrdə əməkdaşlıq potensialı haqqında fikir mübadiləsi aparıb, o cümlədən iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə razılığa gəlib.

Müşfiq Mirzə
XQ 

 

 

İqtisadiyyat