Paytaxtın daha bir müntəzəm marşrut xəttinin avtobusları yenilənir

post-img

Paytaxtın Yeni Suraxanı, Suraxanı və Yeni Günəşli qəsəbələrini metronun “Həzi Aslanov” stansiyası ilə əlaqələndirən 104 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən XQ-yə bildirilib ki, sentyabrın 28-dən sərnişinlərin xidmət göstərəcək 20 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların xəttə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

 

İqtisadiyyat