Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən elektrik avtobuslarının istehsalı müəssisəsində bu ilin sonunadək 300 avtobusun istehsalı planlaşdırılır. Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin avtobuslardan 200-ü Bakı, 60-ı Naxçıvan, 40-ı isə Qarabağ regionu üçün nəzərdə tutulur. Avtobuslar 9, 10 və 12 metrlik ölçülərdə olacaq. 9 metrlik avtobuslar əsasən Naxçıvanda, 12 metrliklər Bakıda, 10 metrliklər isə işğaldan azad olunmuş ərazilərdə istismar ediləcək.
Xatırladaq ki, avtobuslar Çin – Azərbaycan ortaq müəssisəsi olan “Azerbaijan Energy Automotive Factory”də istehsal olunur. Müəssisə sentyabrın sonunda fəaliyyətə başlayıb.
XQ