Fövqəladə Hallar Nazirliyinin Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
XQ xəbər verir ki, sənəd sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlığa istiqamətlənib.
Anlaşma Memorandumunu fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, SOCAR-ın Əməliyyat Dəstəyi, Sağlamlıq və Təhlükəsizlik üzrə vitse-prezidenti Fuad Musayev və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Orxan Xəlilzadə imzalayıblar.
Memorandum çərçivəsində tərəflər təhlükəsizlik normativləri, İSO idarəetmə sistemləri üzrə birgə fəaliyyət göstərəcəklər.

