Təxminən 20-yə yaxın Türkiyə şirkəti azad olunmuş ərazilərdə 50-yə yaxın layihəni həyata keçirir. Bu layihələrin ümumi dəyəri təqribən 50 milyon dollar təşkil edir. Hazırda ikinci böyük Qayıdış Proqramı üzərində də iş aparılır və burada da Türkiyə şirkətlərinin rolunun əhəmiyyətli olacağı gözlənilir.
Bu fikri Baş nazir Əli Əsədov dekabrın 23-də Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda səsləndirib.
Ölkəmizdə xüsusi iqtisadi zonalarda investorlar üçün hər cür şərait yaradılıb. İnvestorların cəlb olunması baxımından Ələt Azad İqtisadi Zonasını xüsusi olaraq qeyd etmək istərdim. Türkiyə şirkətlərini daha fəal olmağa dəvət edirik. Birgə iştirak etdiyimiz qlobal layihələrin rolunu da vurğulamaq istərdim. Türk İnvestisiya Forumu Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə, eləcə də birgə uğurlu layihələrin reallaşmasına mühüm töhfə verəcək. Azərbaycan və Türkiyə sahibkarlarını daha aktiv fəaliyyətə dəvət edirəm.
Nurlan ABDALOV
XQ

