Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

post-img

AirTag və Find My Share Element Location texnologiyalarının SİTA WorldTracer ilə inteqrasiyası nəticəsində geri qaytarılması mümkün olmayan "daimi itirilmiş yüklər" ilə bağlı problemlər 90% həllini tapıb. Bu da, Azərbaycanlı sərnişinlər üçün baqajın izlənməsi və geri qaytarılması sahəsində yeni imkanlar yaradıb. Bayram mövsümü ərəfəsində belə bir addımın atılması sərnişinlər üçün daha əlverişli şərtlərlə səyahət etmələrini təmin edir.

Apple-ın istehlakçı texnologiyalarını SITA-nın qlobal aviasiya infrastrukturu ilə birləşdirən bu əməkdaşlıq aviaşirkətlərə yaranmış bəzi problemlərə daha sürətli reaksiya verməyə, ilin ən sıx dövrlərində isə sərnişinlərə baqajlarının yerləşdiyi yer barədə daha şəffaf məlumat təqdim etməyə imkan yaradır.

Apple AirTag və ya Find My şəbəkəsinə qoşulan aksesuarlardan istifadə edən sərnişinlər Share Item Location funksiyası vasitəsilə baqajlarının yerləşmə məlumatlarını müvəqqəti və təhlükəsiz şəkildə SITA WorldTracer®️ sistemi vasitəsilə aviaşirkətə ötürə bilirlər. Bu yanaşma Find My geolokasiya məlumatları ilə aviaşirkətlərin baqaj axtarışı sistemləri arasında birbaşa əlaqə yaradır və artıq real nəticələr göz önündədir.

SITA-nın Baqaj Həlləri üzrə Portfel Direktoru Nikole Hoqq məsələ barədə açıqlama verərək bildirib ki, bu il sözün əsl mənasında birgə işimizin gücünü nümayiş etdirdik. Burdan da belə qənaətə gəlmək olar ki, istehlakçı texnologiyaları və aviasiya infrastrukturu düzgün şəkildə əməkdaşlıq etdikdə, nəticələr daha səmərəli fayda verə bilər. Belə olan halda, sərnişinlər özlərini daha güvənli hiss edir, aviaşirkətlər ilkin  mərhələdə daha dəqiq qərarlar qəbul edirlər. Məhz bu cür innovasiyalar və layihələr sənayeni irəli aparır.

Xatırladaq ki, SITA Baggage IT Insights şirkətinin illik hesabatına görə, qlobal miqyasda baqajın düzgün emal edilməməsinin səviyyəsi aşağı olaraq qalır, hər min sərnişinə 6,3 hadisə düşür. Yanlış emal edilmiş baqajların 66%-i 48 saat ərzində sahiblərinə qaytarılır. Bu isə məlumat mübadiləsi və avtomatlaşdırmanın əvvəlki dövrlərə nisbətən daha da yaxşı olduğunu göstərir.

Azərbaycan üçün bu problemlərin həlli beynəlxalq sərnişin axınının artması və ölkənin regional aviasiya məkanı kimi mövqeyinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bakı Hava Limanı və milli aviaşirkətlər tranzit axınları ilə fəal işləyir və bu kontekstdə baqajın emalının sürəti və dəqiqliyi xidmət keyfiyyətinə birbaşa təsir göstərir.

XQ

İqtisadiyyat