Energetika naziri Masallıda vətəndaşları qəbul edib

post-img

Energetika naziri Pərviz Şahbazov Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

XQ xəbər verir ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, elektrik təsərrüfatının yenilənməsi, qaz xətlərinin istismar vəziyyəti, qazdan istifadəyə görə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Masallı, Lənkəran, Astara və Cəlilabad rayonlarından olan 17 vətəndaş iştirak edib.







İqtisadiyyat