Bu ilin yanvar ayında ölkədən 22,3 milyon ABŞ dolları dəyərində 26,7 min tona yaxın xurma ixrac edilib.
Dövlət Gömrük Komitəsindən XQ-yə verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 15,6 faiz, həcmi isə 2,2 faiz artıb.
Cari ilin ilk ayında xurmanın ümumi ixracda xüsusi çəkisi 1 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 8,31 faizə bərabər olub.

