Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 2-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
XQ xəbər verir ki, görüş zamanı Azərbaycan ilə BP arasında formalaşmış uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.
BP-nin Azərbaycanda reallaşdırdığı layihələrin önəmi qeyd olunub, eyni zamanda ikitərəfli əməkdaşlığın gündəliyində duran perspektivli layihələr nəzərdən keçirilib.

