Yaxın Şərq münaqişəsinin region ölkələrinə təsiri

post-img

Yaxın Şərqdə hərbi vəziyyətin kəskinləşməsi fonunda dünya bazarlarında neft və qızıl qiymətlərinin artması Azərbaycan, Qazaxıstan və Özbəkistanın xarici balanslarına qısamüddətli dəstək verir. Bu böhran enerjidən asılı olan Ermənistana təzyiq yaradır. Bu barədə Niderlandın “ING Group” şirkətinin hesabatında bildirilir.

“Barel üzrə neft qiymətlərinin hər 10 ABŞ dolları davamlı artımı Qazaxıstanın illik ixrac həcminə, təxminən, 6 milyard dollar, Azərbaycanın ixracına isə 3 milyard dollar əlavə edir ki, bu da müvafiq olaraq ÜDM-in 1,8 faizi və 4 faizi anlamına gəlir”, – analitiklər qeyd edirlər.

Büdcə baxımdan neft qiymətlərinin eyni məbləğdə artması hər iki ölkəyə yanacaqdan, təxminən, 1,5 milyard dollar əlavə gəlir təmin edir ki, bu da Qazaxıstan ÜDM-nin 0,5 faizi və Azərbaycan ÜDM-nin 2 faizi həcmindədir.

Özbəkistan isə qızıl qiymətlərinin artımından faydalanır. “Qızılın hər unsiyasının qiymətinin 1000 ABŞ dolları artması ölkəyə, təxminən, 4 milyard dollar ixrac gəliri gətirir ki, bu da ÜDM-in 2,7faizinə bərabərdir”, – ING ekspertləri izah edirlər.

Niderland şirkəti qeyd edir ki, MDB ölkələrinin münaqişə iştirakçıları ilə birbaşa ticarət əlaqələri məhduddur, lakin Aİ-dən idxaldan və inkişaf etmiş ölkələri, Türkiyəni, İranı və Körfəz dövlətlərini əhatə edən daha geniş təchizat zəncirlərindən asılılıq risk amili olaraq qalır.

XQ

İqtisadiyyat