Xəzər Dəniz Gəmiçiliyi TAPI layihəsinə cəlb olunub

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) gəmiləri vasitəsilə TAPI qaz kəməri layihəsi üzrə tikinti işləri üçün nəzərdə tutulan boruların daşınmasına başlanılıb.

Daşımalar Bakı limanından Türkmənbaşı limanına həyata keçirilir. Prosesdə gəmiçiliyin “Qaradağ”, “Natavan”, “Rəsul Rza”, “Teymur Əhmədov” və “Maestro Niyazi” universal quru yük gəmiləri iştirak edir. İlin sonunadək bu gəmilər, ümumilikdə, 11 min 700 ədəd borunun təyinat məntəqəsinə çatdırılması planlaşdırılır.

Xatırladaq ki, TAPI Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan ərazisindən keçən qaz kəmərinin inşasını nəzərdə tutan enerji layihəsidir. Artıq tikinti mərhələsinə qədəm qoyan layihə çərçivəsində 1735 kilometr uzunluğunda boru kəmərinin inşası nəzərdə tutulur. Bunun da 200 kilometri Türkmənistan, 735 kilometri Əfqanıstan, 800 kilometri Pakistandan keçməklə Hindistanadək uzanacaq. Kəmərin illik nəqletmə gücü 33 milyard kubmetr təşkil edəcək.

TAPI kəməri ilə Türkmənistanın ən böyük yatağı olan “Qalkınış”dan çıxarılacaq qaz nəql olunacaq.

XQ

İqtisadiyyat