Azərbaycanın Belarus ilə ticarət dövriyyəsi 15%-dən çox artıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu ilin yanvar–may aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 201,9 milyon ABŞ dolları təşkil edib.

Rəqəmlərə əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% artım deməkdir.

Hesabat dövründə Azərbaycanın Belarusa ixracı 32,2 milyon dollar olub. Eyni zamanda Belarusdan Azərbaycana idxalın həcmi 169,7 milyon dollar səviyyəsində qeydə alınıb.

İqtisadiyyat