Azərbaycan Ordusunda 2023-cü ilin hazırlıq planına uyğun olaraq silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir.
Bütün hərbi hissələr silah və texnikanın payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək üçün mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, həmçinin digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir.
Keçirilən kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtkü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilir, o cümlədən elektrik və hidravlik sistemlərinin istismara yararlılığı yoxlanılır.
* * *
Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı "Erciyes-2023" təlimləri başa çatıb.
Təlimlərdə Azərbaycanla yanaşı, Gürcüstan, Pakistan, Liviya, İspaniya, İtaliya və Özbəkistan da müşahidəçi kimi təmsil olunub.
Təlimlərdə 652 nəfərlik şəxsi heyət, 67 nəqliyyat vasitəsi, 5 təyyarə və 354 müxtəlif növ silahlardan istifadə olunub.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi də sözügedən təlimlərlə bağlı məlumat yayıb.
XQ


