Slovakiyalı qonaqlar Ulu öndərin məzarını ziyarət ediblər

post-img

Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Fəxri xiyabanı ziyarət edib.

Nümayəndə heyəti xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüb.

Nümayəndə heyəti həmin gün Zəfər parkını da ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiya Milli Şurasının sədri Zəfər abidəsinin önünə əklil qoyub.

XQ



Son xəbərlər