Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov etimadnaməsini bu ölkənin Prezidenti İliana Yotovaya təqdim edib.
Etimadnamənin təqdimetmə mərasimində Elmar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan Prezidentinə çatdırıb. Prezident İliana Yotova iki ölkə arasında əməkdaşlığın uğurlu inkişafını yüksək qiymətləndirib.
Tərəflər 2015-ci ildə Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında qurulan strateji tərəfdaşlığı bir daha təsdiqləyib və ikitərəfli gündəliyin müxtəlif sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
XQ

