Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.
P.ƏMİRCANOV
XQ

