Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

post-img

Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət və Sosial siyasət komitələrinin iclasları keçirilib.

Ali Məclisin mətbuat xidmətindən verilən məlumata görə, hər iki komitə iclasının gündəliyinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi daxil edilib. 

Humanitar siyasət  komitəsinin iclasında Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov, Sosial siyasət komitəsinin iclasında isə Sosial məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Hüseyn Ələsgərov hesabat layihəsi haqqında məlumat veriblər.

Sonra gündəlikdə duran məsələ ətrafında müzakirələr aparılıb, iclas iştirakçıları hesabat layihəsi barədə öz fikirlərini, irad, qeyd, təklif və suallarını səsləndiriblər.

Sonda komitələrin rəyləri oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı” irad və təkliflər nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə tövsiyə olunub. 

 

 

Son xəbərlər