“Yaşıl” enerji və əlaqəliliyin Azərbaycan nümunəsi Londonda

post-img

Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının baş qərargahında keçirilən 34-cü İllik Toplantı çərçivəsində “Azərbaycan: yaşıl artım və əlaqəliliyə açılan qapı” mövzusunda investisiya sessiyası təşkil olunub.

Paneldə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika nazirinin müavini Elnur Soltanov, “Masdar” şirkətinin maliyyə direktoru Mazin Xan, “McKinsey & Company” şirkətinin baş tərəfdaşı Yermolay Soljenitsın və AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Mouravidze iştirak ediblər.

Nazir Mikayıl Cabbarov Azərbaycanın “yaşıl” enerji strategiyası, qanunvericilik islahatları və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarından danışaraq qeyd edib ki, bərpaolunan enerji, nəqliyyat və sənaye sahələrində əlaqəlilik ölkənin uzunmüddətli inkişaf modelinin əsasını təşkil edir.

XQ

Son xəbərlər