Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

post-img

Azərbaycan yeni geosiyasi nizamın tərəfdarı kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı qətiyyətli mübarizə apararaq müstəqil və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov deyib.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror tədbirləri nəticəsində isə tam suverenliyini bərpa edən Azərbaycan regionda ədalətli geosiyasi nizamın - yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, sülh naminə etimad quruculuğunun həyata keçirilməsi istiqamətində fəal siyasət yürüdür. Ölkəmizin strateji kursu beynəlxalq hüquq normalarına riayət olunması, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi, daxili işlərinə müdaxilə olunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanır. BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış qətnamələrinin icrasını öz gücü hesabına təmin edərək çoxillik münaqişəyə son qoymaqla müstəsna beynəlxalq siyasi-hüquqi presedent yaradan Azərbaycan bütün dünyada sülhün, ədalətin, bərabərliyin müdafiəçisi kimi mövqeyini aydın şəkildə ortaya qoyur.

Son xəbərlər