Ziyəddin və Hüseyn Səfərov qardaşları Ağcabədidə dəfn olunublar

post-img

Yekaterinburqda öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşları Ağcabədidə dəfn olunublar.

Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürülən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri səhər saatlarında dəfn üçün Ağcabədi rayonuna gətirilib.

Səfərov qardaşlarının yaşadıqları evdə vida mərasimi keçirilib. Mərasimdə onların ailə üzvləri, yaxınları, Ağdam və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ziyəddin və Hüseyn Səfərov qardaşları sonra valideynlərinin dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılıblar.

XQ

Son xəbərlər