Məhkəmə Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində qərar verdi
İrandan narkotik vasitələrin tranzitində və onlayn dövriyyəsində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxslər Səbail Rayon Məhkəməsinə gətirilib. Onlar vəkillərlə təmin edilib.
Məhkəmədə 8 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimatlara ayrı-ayrılıqda baxılıb.
Məhkəmənin verdiyi qərara əsasən, onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və digər maddələri ilə cinayət işi başlanılıb.