“AzerGold” QSC-nin İdarə Heyətinin sədri: “Culfadakı qızıl yatağında satılabilən ehtiyat 237 min unsiya hesablanıb"

post-img

Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı “Ortakənd” qızıl yatağının istismarı üçün aktiv hazırlıq işləri aparılır və beynəlxalq standartlara uyğun yatağın Yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb.

“Xalq” qəzeti xəbər verir ki, bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvan şəhərində muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və muxtar respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

Onun sözlərinə görə, qızıl ehtiyatının satılabilən miqdarı isə 237 min unsiya qiymətləndirilib: “Ortakənd” yatağının 2028-ci ildə istismara verilməsi nəzərdə tutulub. Hazırda ilkin texniki-iqtisadi hesablama (“Scoping study”) parametrləri üzrə araşdırmalar davam etdirilir. Sosial, iqtisadi və ekoloji faktorlar nəzərə alınmaqla yatağın satılabilən ehtiyatlarının daha da artırılması üçün optimal hasilat və emal texnologiyaları araşdırılır”.

Z.İbrahimov bildirib ki, Culfa və Ordubad rayonlarında yerləşən digər perspektiv sahələrdə də tədqiqatlar aparılır: “Söhbət “Göydağ” mis-molibden, “Başkənd” mis və “Nəsirvaz” polimetal təzahürləri sahələrindən gedir. Cari il ərzində “Göydağ” və “Başkənd” yataqlarının ehtiyatlarının beynəxalq standartlara uyğun hesablanması nəzərdə tutulub. “Göydağ” yatağının 2029-cu ildə, digər yataqların tədqiqatların son nəticələrindən asılı olaraq növbəti illərdə istismara verilməsi proqnozlaşdırılır”.

 

Son xəbərlər