“Tramp marşrutu” regionun inkişafına müsbət təsir göstərəcək

post-img

ABŞ tərəfindən yüklərin daşınması üçün təhlükəsizlik təminatlarının yaradılması baxımından “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) (Zəngəzur dəhlizi) regionun inkişafına müsbət təsir göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani ilə ABŞ Dövlət Departamentinin baş müşaviri Conatan Askonasın başçılıq etdiyi nümayəndə heyətinin görüşündə səslənib. Görüşdə Gürcüstanın “Tramp marşrutu” (Zəngəzur dəhlizi) ilə bağlı mövqeyi müzakirə olunub. ABŞ tərəfindən yüklərin daşınması üçün təhlükəsizlik təminatlarının yaradılması baxımından “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) regiona mümkün müsbət təsiri qeyd edilib.

Söhbət zamanı Tramp administrasiyasının regionda sülhün bərqərar olması üçün göstərdiyi səylərin əhəmiyyətinə diqqət yetirilib. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında Gürcüstanın rolu da müsbət qiymətləndirilib.

Görüşdə Gürcüstan hökumətinin ölkənin tranzit funksiyalarının gücləndirilməsi istiqamətində atdığı addımlar da müzakirə olunub. L.Jorjoliani ABŞ tərəfini Gürcüstan hökumətinin bu funksiyanın inkişafı üçün dəmir yolu, avtomobil yolu və liman infrastrukturuna əhəmiyyətli investisiyalar qoyduğu barədə məlumat verib. Qeyd edib ki, Gürcüstan hökuməti ABŞ ilə münasibətlərin hazırkı səviyyəsindən razı deyil və konkret yol xəritəsi ilə strateji tərəfdaşlığı təmiz səhifədən yeniləməyə hazırdır.

Son xəbərlər