Rayonda şəhid ailələri ilə növbəti görüş təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsini, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin müqəddəs ruhunu dərin ehtiramla yad ediblər.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, şəhid ailələrinin sosial müdafiəsi və onların hərtərəfli qayğı ilə əhatə olunması Azərbaycan dövlətinin daim prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi yüksək diqqət və həssas münasibət nəticəsində bu kateqoriyadan olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və əhəmiyyətli addımlar atılır.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, bu dəstək həm mənəvi, həm də sosial baxımdan xüsusi əhəmiyyət daşıyır.
Görüş səmimi və qarşılıqlı dialoq şəraitində davam edib, şəhid ailələrini maraqlandıran məsələlər müzakirə olunub.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Göygöl rayonu







