AZƏRTAC “Bernama” ilə əməkdaşlığı genişləndirəcək

post-img

Bakıda keçirilən D-8 Media Forumunda iştirak edən Malayziyanın “Bernama” xəbər agentliyinin baş direktoru xanım Datin Paduka Nur-ul Afida Kamaludinin rəhbərlik etdiyi nümayəndə heyəti AZƏRTAC-ı ziyarət edib.

Qurumun İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, AZƏRTAC ilə “Bernama” 2014-cü ildən bəri əməkdaşlıq edir, gündəlik informasiya mübadiləsi həyata keçirir. O, D-8 Media Sammitində Media Mükəmməlliyi Mərkəzinin yaradılması ilə bağlı qərarın əhəmiyyətindən bəhs edib.

“Bernama” xəbər agentliyinin baş direktoru AZƏRTAC-la əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edərək bildirib ki, müasir dövrün tələblərinə uyğun olaraq multimedia sahəsində informasiya mübadiləsinə daha intensiv yanaşılmalıdır.

Görüş çərçivəsində agentliklər arasında mövcud əməkdaşlıq haqqında memorandumun yenilənməsinə dair razılıq əldə edilib.

XQ

Son xəbərlər