Abşeron Milli Parkında gənc rəssamların iştirakı ilə “Vətənimin seyrinə” adlı yaradıcılıq günü təşkil olunub

post-img

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron Milli Parkında gənc rəssamların iştirakı ilə “Vətənimin seyrinə” adlı yaradıcılıq günü təşkil olunub.

Açıq havada Xəzərin sahilində baş tutan tədbir Abşeron Milli Parkı və Metost.art yaradıcılıq evinin birgə təşkilatçılığı ilə keçirilib. Yaradıcılıq günündə yeniyetmə və gənc rəssamlar milli parkın dəniz mənzərəsini, dalğalı sahillərini, quru ilə suyun birləşdiyi Şahdilinin ecazkar peyzajını və biomüxtəliflik mövzularını əhatə edən maraqlı rəsmlər çəkiblər.

Daha sonra gənc rəssamlar Şahdili burnuna ekskursiya ediblər.



Mədəniyyət