Bakıda Doğu Akdeniz Universitetinin ofisi açıldı

post-img

Dünən Hədəf Şirkətlər Qrupunun baş idarəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin aparıcı ali məktəblərindən olan Doğu Akdeniz Universitetinin Bakı tanıtım ofisinin açılışı keçirildi. Tədbirdə KKTC-nin təhsil naziri Nazım Çavuşoğlu, millət vəkili, Azərbaycan–KKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev, universitet və təhsil təşkilatlarının rəhbərləri iştirak etdilər.

Açılışın məqsədi azərbaycanlı gənclər üçün təhsil imkanlarını genişləndirmək, ortaq türk dəyərləri üzərində qurulmuş strateji əməkdaşlığı möhkəmləndirmək və Türk dünyası arasında elmi-mədəni körpü yaratmaqdan ibarətdir. Çıxışlarda bu ofisin gələcək nəsillərin maarifləndirilməsi baxımından əhəmiyyətinə xüsusi vurğu edildi.

XQ

Mədəniyyət