Ottavada multikultural festivalda Azərbaycan təmsil olunub

post-img

Kanadanın paytaxtı Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbi və Kanada Azərbaycanlı Tələbələr Assosiasiyası (AzSA) multikultural festivalda ölkəmizi təmsil ediblər. Ottava parlamentində təşkil olunan festivalda müxtəlif xalqlar öz adət-ənənələrini tanıtmaq imkanı əldə ediblər.

Türkiyə, Meksika, Çin, Peru, İordaniya, Fələstin, Mərakeş, Hindistan və Ukrayna kimi bir çox xalqların icmalarının qatıldığı festivalda Azərbaycan stendinə böyük maraq göstərilib. Stenddə dövlət bayrağımız, Vətənimizdən bəhs edən kitablar, milli geyimlər və suvenirlər nümayiş olunub, ölkəmizin zəngin mədəni irsi, tarixi, adət-ənənələri haqqında geniş məlumat verilib.

Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov da Azərbaycan guşəsini ziyarət edib və soydaşlarımıza uğurlar arzulayıb.

XQ

Mədəniyyət