Azərbaycanlı kinorejissor beynəlxalq film festivalında münsiflər heyətində yer alacaq

post-img

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, kinorejissor Şamil Əliyev mayın 9-da Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Beynəlxalq Rotary Sülh Film Festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.

Bu barədə XQ-yə AKİ-dən məlumat verilib.

2021-ci ildə Türkiyədə və dünyada müsbət sülhə nail olmaq səylərini təşviq etmək üçün İstanbulda qurulan Rotary Sülh Klubu tərəfindən təşkil edilən festival, sülh fəlsəfəsini və dilini qlobal miqyasda yaymağı hədələyir.

“Sülh sənəti: Qonaqpərvərlik” mövzusu ilə 4-cü Rotary Sülh Film Festivalı, sülhün, sənət əsəri yaratmaq kimi, incə, düşüncəli və intizamlı intellektual araşdırma tələb etdiyini vurğulamağa çalışır. Sülh sənəti, sülhü necə başa düşdüyümüzü və ondan nə gözlədiyimizi formalaşdırma prosesidir.

Həyatın müxtəlif ölçülərində sülh sənətinin təsirini araşdıran əsərlər kollektiv müdrikliyi təşviq edəcək və yeni ideyaların yaranmasına ilham verəcəkdir. Bu əsərlər sülh anlayışının həyatımızın hər sahəsinə necə təsir edə biləcəyini göstərməklə perspektivimizi yeniləməyə kömək edəcək.

Festivalda “Ən yaxşı sənədli film”, “Ən yaxşı qısa film”, “Ən yaxşı tələbə sənədli filmi”, “Ən yaxşı tələbə qısa filmi” mükafatları təqdim olunacaq.

Mədəniyyət