Ceyhun Bayramov Kallasla görüşüb

post-img

Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın görüşü keçirilir.

XQ Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş Kallasın Bakıya səfəri çərçivəsində XİN-də keçirilir.

"Səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan-Aİ əlaqələrinin və dialoqunun vacibliyini vurğulayır. Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır", - XİN-dən qeyd ediblər.







Siyasət