Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, çox hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Müasir Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi inkişafda, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində bütün möhtəşəm nailiyyətləri Sizin adınızla bağlıdır. Uzun illər Azərbaycan Prezidenti vəzifəsində səylə çalışaraq respublikada dövlətçiliyin, ictimai vəhdətin möhkəmləndirilməsinə, millətlərarası və dinlərarası münasibətlərin harmoniyasına mühüm töhfələr verirsiniz.
Siz haqlı olaraq qlobal miqyasda ən nüfuzlu siyasi xadimlərdən biri hesab edilirsiniz. Fərəhlə qeyd edirik ki, Siz insanların sabit və təhlükəsiz həyatı naminə mədəniyyətlərarası dialoqun inkişafı, dinlərarası sülhün möhkəmləndirilməsi üçün genişmiyaslı və mühüm işlər aparırsınız.
Mənəvi inkişaf məsələlərinə gəldikdə, biz ənənəvi İslam dəyərlərinin qorunmasına, inancından və milliyyətindən asılı olmayaraq, Rusiya və Azərbaycan vətəndaşları arasında qarşılıqlı hörmət və anlaşma mühitinin dəstəklənməsinə Sizin göstərdiyiniz diqqəti yüksək qiymətləndiririk.
Sizə möhkəm cansağlığı, həmişə tükənməz həyat enerjisi və mətinlik arzulayıram. Qoy həyatınız xoşbəxtlik, sevinc və uğurlarla dolu olsun, bütün təşəbbüsləriniz müvəffəqiyyətlə başa çatsın! Etibarlı silahdaşlar və sadiq dostlar, bütün təşəbbüslərinizdə Sizi dəstəkləyən yaxınlarınız həmişə yanınızda olsun!
Uca Allah Sizi qorusun, xeyirxah əməllərə görə mükafatlandırsın!
Hörmətlə və xeyir-dualarla,
Albir həzrət Krqanov
Moskvanın müftisi, Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri

