№3 Bakı şəhəri, 7 yanvar 2025-ci il
“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını  rəhbər  tutaraq,  “Aviasiya  haqqında” Azərbaycan  Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü
il  15  fevral  tarixli  1 nömrəli   Fərmanının  2.3.23-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 
“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov,
Azərbaycan Respublikasının 
Baş naziri

