Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 230 Bakı şəhəri, 1 avqust 2025-ci il

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 313 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 313 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 809 (Cild I) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinin on səkkizinci abzasında “qanunsuz miqrantların saxlanılması mərkəzlər” sözləri “müvəqqəti yerləşdirmə mərkəzləri” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007 № 8, maddə 861 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 467, № 9, maddələr 1090, 1100) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 38.1.2-ci yarımbəndində “Qanunsuz miqrantların saxlanılması” sözləri “Müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.

3. “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 avqust tarixli 317 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1454 (Cild I); 2024, № 3, maddə 303, № 7, maddə 894, № 9, maddələr 1067, 1083, 1106) aşağıdakı dəyişikliklər edilsin:

3.1. Qərarın adında və birinci hissəsində “Qanunsuz miqrantların saxlanılması” sözləri “Müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları” üzrə:

3.2.1. adında və 1.1-ci bənddə “Qanunsuz miqrantların saxlanılması” və “qanunsuz miqrantların saxlanılması” sözləri müvafiq olaraq “Müvəqqəti yerləşdirmə” və “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin;

3.2.2. 1.7-ci bəndin ikinci cümləsində, 4.26-cı bəndin üçüncü cümləsində, 4.30-cu bənddə, 4.31-ci bəndin ikinci cümləsində, 4.38-ci bənddə, 5.30-cu bəndin ikinci cümləsində, 5.41-ci, 5.45-ci, 9.3-cü, 17.4-cü, 19.6-cı bəndlərdə, 19.34-cü bəndin birinci cümləsində, 19.36-cı bənddə və 20.4-cü bəndin ikinci cümləsində “Mərkəzin tabe olduğu dövlət orqanının” sözləri “Xidmətin” sözü ilə əvəz edilsin;

3.2.3. həmin Qaydalara 1–44 nömrəli əlavələrdə mətn üzrə “Qanunsuz miqrantların saxlanılması”, “QANUNSUZ MİQRANTLARIN SAXLANILMASI” və “qanunsuz miqrantların saxlanılması” sözləri müvafiq olaraq “Müvəqqəti yerləşdirmə”, “MÜVƏQQƏTİ YERLƏŞDİRMƏ” və “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin;

3.2.4. həmin Qaydalara 18 nömrəli əlavənin “Qeydlər” hissəsinin 1-ci bəndində “Mərkəzin tabe olduğu dövlət orqanının” sözləri “Xidmətin” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 398 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1286 (Cild I); 2024, № 3, maddə 330) ilə təsdiq edilmiş “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”nin 4.13.1-ci yarımbəndində “qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 may tarixli 242 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 580) ilə təsdiq edilmiş “Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların Siyahısı”nın 21-ci hissəsində “qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları