№ 229 Bakı şəhəri, 1 avqust 2025-ci il
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı” təsdiq edilsin (əlavə olunur).
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri