Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 228 Bakı şəhəri, 1 avqust 2025-ci il

“Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 470 (Cild I) ilə təsdiq edilmiş “İcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamə”nin II hissəsinin 1-ci bəndində “məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının” sözləri “və xarici dövlətlərin məhkəmələrinin” sözləri ilə əvəz edilsin və həmin bəndə “işlər üzrə qərarlarının” sözlərindən sonra “, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 sentyabr tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 573 (Cild I) ilə təsdiq edilmiş “Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri”nin preambulasında “məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının” sözləri “və xarici dövlətlərin məhkəmələrinin” sözləri ilə əvəz edilsin və həmin preambulaya “işlər üzrə qərarlarının” sözlərindən sonra “, xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 8 iyul tarixli 202 nömrəli, 15 iyul tarixli 210 və 212 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.4.2.2.1.2-ci yarımbəndə “ərizənin” sözündən sonra “və arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin” sözləri əlavə edilsin;

3.2. 1.4.2.2.1.3-cü yarımbəndə üçüncü halda “ərizənin” sözündən sonra “, o cümlədən müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin və xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin” sözləri əlavə edilsin;

3.3. 1.4.2.2.1.8-ci yarımbəndə “şikayət verilməsinə” sözlərindən sonra “və arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 384 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1538 (Cild I) ilə təsdiq edilmiş “Mediatorların peşəkar etik davranış Qaydası”nın 3.10.2-ci yarımbəndində “və arbitraj (münsiflər məhkəməsi) proseslərində” sözləri “proseslərində və arbitraj icraatında” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları