Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 294 Bakı şəhəri, 7 oktyabr 2025-ci il

“Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının 5.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 467, № 9, maddələr 1090, 1100; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 avqust tarixli 230 nömrəli və 22 sentyabr tarixli 279 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 12.6-cı bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 437, 449, 467, № 9, maddə 1100; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 sentyabr tarixli 279 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi” sətri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747 (Cild I); 2024, № 1, maddə 101, № 3, maddə 310, № 4, maddə 449, № 5 (II kitab), maddələr 572, 607, № 7, maddələr 895, 915, № 12 (II kitab), maddə 1428) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 55-ci hissəsi ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1379 (Cild I); 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.2.9-cu yarımbənddə “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – RİNN yanında DMAA)” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – DMAA)” sözləri ilə əvəz edilsin;

4.2. 2.9-cu, 2.13-cü, 3.7-ci bəndlərdə “RİNN yanında DMAA” sözləri “DMAA” akronimi ilə, 2.10-cu, 2.11-ci və 5.1-1-ci bəndlərdə “RİNN yanında DMAA-nın” sözləri “DMAA-nın” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 avqust tarixli 313 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1603 (Cild I); 2024, № 4, maddə 441) 1-ci və 2-ci hissələri ləğv edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 12 iyul tarixli 292 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (II kitab), maddə 1626 (Cild I); 2024, № 4, maddə 441; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 9 sentyabr tarixli 254 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 22-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“22. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs.”.

7. “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 435 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2150 (Cild I) 1-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 avqust tarixli 228 nömrəli, 10 sentyabr tarixli 257 nömrəli, 16 sentyabr tarixli 263 nömrəli, 17 sentyabr tarixli 270 nömrəli və 22 sentyabr tarixli 279 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın 126-cı hissəsində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 789 (Cild I); 2024, № 11, maddə 1246) ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın 2.1.4-1-ci yarımbəndində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 iyul tarixli 199 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 862 (Cild I) ilə təsdiq edilmiş “Hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın 1.3-cü bəndində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 iyun tarixli 231 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 6, maddə 672 (Cild I); 2024, № 5 (II kitab), maddə 611, № 9, maddə 1090; 2025, № 2, maddə 187) ilə təsdiq edilmiş “Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 3.1-ci bənddə “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;

11.2. həmin Qaydaya 1 nömrəli əlavə - “Qeydiyyatdan keçmiş yük agentlərinin (məlum yükgöndərənlərin) sertifikatlaşdırılması üçün ərizə”də “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;

11.3. həmin Qaydaya 4 nömrəli əlavənin adında “RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİ YANINDA” sözləri “RESPUBLİKASI RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİNİN TABELİYİNDƏ” sözləri ilə və sonunda “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 oktyabr tarixli 468 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 10, maddə 1179) ilə təsdiq edilmiş “Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi Qaydası”nın 1.6-cı bəndində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 21 noyabr tarixli 490 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 11, maddə 1266) ilə təsdiq edilmiş “Digər dövlətdə qeydiyyatda olan istismarçılar tərəfindən istismar edilən hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.3-cü bəndində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

14. “Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nın və “Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 dekabr tarixli 515 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 12 (I kitab), maddə 1320) aşağıdakı dəyişikliklər edilsin:

14.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nın 2.1-ci bəndinin ikinci cümləsində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;

14.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nın 2.1-ci bəndinin ikinci cümləsində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 1, maddə 76) ilə təsdiq edilmiş “Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası”nın 1.4-cü bəndində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 19 fevral tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 188) ilə təsdiq edilmiş “Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi Qaydası”nın 1.3-cü bəndində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 19 fevral tarixli 28 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 189) ilə təsdiq edilmiş “Hava hərəkəti xidmətlərini təmin edən təchizatçıların, habelə sistemlərin, onların tərkib hissələrinin layihələndirilməsinə, istehsalına və ya texniki xidmətinə cəlb olunan təşkilatların sertifikatlaşdırılması Qaydası”nın 1.4-cü bəndində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 19 fevral tarixli 29 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 190) ilə təsdiq edilmiş “Hava limanları və (və ya) aerodromların layihələndirilməsi və istismarına dair Tələblər”in 3.2-ci və 25.2-ci bəndlərində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 19 fevral tarixli 30 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 191) ilə təsdiq edilmiş “Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi Qaydaları”nın 1.4-cü bəndində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 20 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 199) ilə təsdiq edilmiş “Mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılması Qaydası”nın 1.5-ci bəndində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 10 mart tarixli 69 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 3, maddə 280) ilə təsdiq edilmiş “Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları”na 3 nömrəli əlavənin “BƏYANNAMƏ” hissəsinin 1-ci bəndində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 14 aprel tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (I kitab), maddə 396) ilə təsdiq edilmiş “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları”nın 2.2-ci bəndində “Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında” sözləri “Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları