№ 298 Bakı şəhəri, 13 oktyabr 2025-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 294 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli Qərarının ləğv edilməsi barədə” 2020-ci il 30 iyul tarixli 274 nömrəli və “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1317 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında, preambulada və 1-ci hissədə “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
1.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”;
1.3. həmin Qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası” üzrə:
1.3.1. adında “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
1.3.2. 1-ci hissə üzrə:
1.3.2.1. 1.1-ci (hər iki halda) və 1.2-ci bəndlərdə “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
1.3.2.2. 1.6-cı bənddə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin;
1.3.3. 2-ci hissə üzrə:
1.3.3.1. 2.1-ci bəndin birinci cümləsində “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
1.3.3.2. 2.2.4-cü yarımbənd üzrə:
1.3.3.2.1. birinci cümlədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “Əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
1.3.3.2.2. ikinci cümlədə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
1.3.3.3. 2.4-cü bənddə “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin;
1.3.4. 3-cü hissə üzrə:
1.3.4.1. 3.1-ci bənddə “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs” sözləri “əlilliyi müəyyən edilmiş şəxs və ya əlilliyi olan uşaq” sözləri ilə, “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi olan uşaqların” sözləri ilə əvəz edilsin;
1.3.4.2. 3.2-ci bənddə “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri “əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa” sözləri ilə əvəz edilsin;
1.3.4.3. 3.3-cü bəndin ikinci cümləsində “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
1.3.4.4. 3.5.1-ci yarımbənddə “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs” sözləri “əlilliyi müəyyən edilmiş şəxs və ya əlilliyi olan uşaq” sözləri ilə əvəz edilsin;
1.3.4.5. 3.5.3-cü yarımbənddə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin” sözləri “əlilliyi olan uşağın” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1004 (Cild I); 2024, № 2, maddə 230, № 10, maddə 1161; 2025, № 7, maddə 730) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin 1.3-cü bəndində “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər də” sözləri “əlilliyi olan uşaqlar da” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421 (Cild I); 2024, № 1, maddə 98, № 3, maddə 301, № 7, maddə 892, № 10, maddə 1160, № 11, maddə 1247; 2025, № 2, maddə 200, № 6, maddə 605) ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.1.6-cı yarımbəndin 2-ci abzasında “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin;
3.2. 4.1.7-ci yarımbənd üzrə:
3.2.1. “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə” sözləri “əlilliyi olan uşağa” sözləri ilə əvəz edilsin;
3.2.2. 1-ci abzasda “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin” sözləri “əlilliyi olan uşağın” sözləri ilə əvəz edilsin;
3.2.3. 2-ci abzasda “və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri “əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri