Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 296 Bakı şəhəri, 9 oktyabr 2025-ci il

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121 (Cild I); 2024, № 1, maddə 116, № 4, maddə 471, № 10, maddə 1180, № 11, maddə 1253, № 12 (II kitab), maddə 1461) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.6-cı bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”na” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”a” sözləri ilə əvəz edilsin;

1.2. 6.3-cü bənddə “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na” sözləri “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü və 36.3-cü maddələrinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması, elektrik qurğularının texniki istismar və elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 299 (Cild I) ilə təsdiq edilmiş “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair Tələblər”in 3.2.8-ci yarımbəndinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 3.2.9-cu yarımbəndi ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 301 (Cild I) ilə təsdiq edilmiş “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.8-ci yarımbəndində “istilik enerji” sözləri “elektrik” sözü ilə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 3.10.3.10-cu yarımbəndi” sözləri “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının texniki istismar qaydaları” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1367 (Cild I); 2024, № 3, maddə 312, № 9, maddə 1064) ilə təsdiq edilmiş “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.1-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın” sözləri “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması qaydalarının” sözləri ilə əvəz edilsin;

4.2. 3.2-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar” sözləri ilə əvəz edilsin;

4.3. 4.1-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası” sözləri “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması qaydaları” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 400 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1563 (Cild I); 2024, № 3, maddə 333) ilə təsdiq edilmiş “Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.2-ci bənddə “2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın” sözləri “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması qaydalarının” sözləri ilə əvəz edilsin;

5.2. 1.8-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 6.3.3.15-ci yarımbəndinin tələblərinə uyğun olaraq, gücdən istifadə əmsalı (Kist) 1,0-a bərabər qəbul edilir” sözləri “gücdən istifadə əmsalı “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması qaydalarına əsasən Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir” sözləri ilə əvəz edilsin;

5.3. 2.1-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 6.3.3.15-ci yarımbəndinə uyğun olaraq, gücdən istifadə əmsalını 1,0-a bərabər qəbul etməklə” sözləri “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması qaydalarına əsasən Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilən gücdən istifadə əmsalına uyğun” sözləri ilə əvəz edilsin;

5.4. 3.18-ci bəndin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Ümumi təyinatlı elektrik şəbəkələrinə qoşulan elektrotexniki qurğuların güc əmsalı və xarici işıqlandırma qurğularının güc əmsalı “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması qaydalarına əsasən Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilən güc əmsallarından aşağı olmamalıdır.”;

5.5. 4.6-cı bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 1.3.2-ci yarımbəndinə” sözləri “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması qaydalarına” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 5 (II kitab), maddə 599) ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.6-cı bənddə “2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası” sözləri “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının quraşdırılması qaydaları” sözləri ilə əvəz edilsin;

6.2. 3.6-cı bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın” sözləri “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə uyğun olaraq, elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarının” sözləri ilə əvəz edilsin.

7. Bu Qərar 8-ci hissəsi nəzərə alınmaqla, 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

8. Bu Qərarın 1.1-ci və 4.2-ci bəndləri 2025-ci il iyulun 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları