Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 8, maddə 988; 2025, № 4 (I kitab), maddə 398, № 12 (II kitab), maddə 1209) ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 14-cü və 15-ci hissələri ləğv edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 28 ” “ aprel ” 2026-cı il

№ 121

Nazirlər kabinetinin qərarları