Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi sahədə əlaqələr inkişaf edir

post-img

“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hərbi əməkdaşlıq haqqında” Sazişə əsasən, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət nümayəndələri ölkəmizə səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a məlumat verilib.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən işçi görüşdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi əlaqələrin də inkişaf etdiyi qeyd olunub, təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin və birgə təlimlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Qonaqlara 44 günlük Vətən müharibəsi, regiondakı vəziyyət və digər mövzularla bağlı brifinq təqdim olunub, maraq doğuran suallar cavablandırılıb.

Sonda hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı hədiyyələr təqdim olunub.



Ordu