“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 133) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. aşağıdakı məzmunda 1.1.2-1-ci maddə əlavə edilsin:

“1.1.2-1. aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya – aviasiya hadisələrinin və insidentlərinin araşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı komissiya;”;

1.2. 1.1.5-ci maddədə “istismar edən və ya belə xidməti təklif edən” sözləri “qanuni əsaslarla istismar edən dövlət orqanı,” sözləri ilə əvəz edilsin;

1.3. 1.1.68-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya” sözləri ilə əvəz edilsin.

2. 16-cı maddə üzrə:

2.1. 16.1-ci maddədə “Müvafiq” sözü “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya, müvafiq” sözləri ilə əvəz edilsin;

2.2. 16.2-ci maddədə “Müvafiq” sözü “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın, müvafiq” sözləri ilə əvəz edilsin;

2.3. 16.4-cü və 16.5-ci maddələrdə “aviasiya hadisələrinin” sözlərindən sonra “və insidentlərinin” sözləri əlavə edilsin.

3. 17-ci maddə üzrə:

3.1. 17.1-ci maddədən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı” sözləri çıxarılsın;

3.2. 17.4-cü və 17.8-ci maddələrdə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ismin müvafiq hallarında “aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya” sözləri ilə əvəz edilsin;

3.3. 17.5-ci, 17.6-cı və 17.10-cu maddələrdə “Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan” sözləri “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə” sözləri ilə əvəz edilsin;

3.4. 17.9-cu maddədə “bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan” sözləri “aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə” sözləri ilə əvəz edilsin.

4. 18-ci maddə üzrə:

4.1. 18.2-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya” sözləri ilə əvəz edilsin;

4.2. 18.3-cü və 18.5-ci maddələrdə “Bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan” sözləri “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə” sözləri ilə əvəz edilsin;

4.3. 18.4-cü maddədə “bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan” sözləri “aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə” sözləri ilə əvəz edilsin.

5. 19.3-cü maddədə “bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan” sözləri “aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2025-ci il

Qanunlar