1 may 2026-cı il saat 9.00-da “Azneftmaşservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. ASC-nin idarəetmə orqanlarının 2025-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı. Dividendlərin bölüşdürülməsi.
2. İllik hesabatların təsdiq edilməsi.
3. Təşkilati məsələ. ASC-nin idarəetmə orqanlarının seçilməsi.
4. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyindəki məsələlərə aid materiallarla tanışlıq üçün iş günlərində ASC-nin rəhbərliyinə müraciət etmək olar.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: (012) 514-19-50.
Ünvan: Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə, ASC-nin inzibati binası.
“Azneftmaşservis” ASC-nin idarə heyəti

