Yeni Klinikada ilk robotik cərrahiyyə əməliyyatı icra edilib

post-img

Bu gün Yeni Klinikada 22 yaşlı xəstənin üzərində öd kisəsinin çıxarılması əməliyyatı uğurla icra edildi. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir

XQ xəbər verir ki, bunu Yeni Klinikanın direktor müavini Eldar Əhmədov həmin tibb müəssisəsində ilk robotik cərrahiyyə əməliyyatının icrasına dair keçirilən brifinqdə deyib.

Direktor müavini əməliyyatın 1 saat davam etdiyini bildirib.

"Xəstə robotik cərrahiyyə zamanı daha güvənli olur. Ümid edirik ki, bu sistem Azərbaycan səhiyyəsinin inkişafına daha da təkan verəcək", - deyə o diqqətə çatdırıb.

Səhiyyə