Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Məmmədov Vahab Feyruz oğlu
“Tərəqqi” medalı ilə
Bağırov Hüseyn Fərəməz oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Aşurov Abdulkərim Şafi oğlu
Babayev Nazim Kazım oğlu
Əcəlov Toğrul Rafiq oğlu
Əliyev Rauf Ağaxan oğlu
Qafarov Heydər Zülməkan oğlu
Qəhrəmanov Əyyub Məcid oğlu
Quliyeva Səbinə Əliqulu qızı
Tahirov Fərnad Tahir oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2025-ci il